Ordu.az xarici KİV-lərə istinadən bildirir ki, YPG terrorçuları şimal-qərbi Hasakada yerləşən Əl-Malikiyəni şəhərindən Qamışlı şəhərinə qədər çox sayda qoşun və avadanlıq göndərib.
Buna cavab olaraq, Suriya hökuməti bölgədə olan hərbi qüvvələrin daha da artırılması məqsədilə qonşu şəhərlərdən xeyli sayda canlı qüvvə və hərbi texnika göndərib.
Həmçinin ötən günlərdə Suriyanın 3 hərbçisi əsir götürülüb ki, bu da iki tərəf arasında gərginliyin daha da artmasına səbəb olub.
Dəyanət Ağalarlı
Ordu.az