Heyli BMT TŞ-ni İsrailə münasibətinə görə tənqid edib

2018/05/337-Nikki-Heyli_1527745446.jpg
Oxunub: 3930     13:43     31 May 2018    
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT Təhlükəsizlik Şurasını İsrailin HƏMAS tərəfindən atəşə tutulmasına görə, onların mühakiməsinə dair qanun layihəsinə dəstəkləməməsi səbəbilə tənqid edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Heyli bu barədə Vaşinqtonun sorğusu üzrə çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib.

“Təhlükəsizlik Şurasının digər üzvlərinin bizimlə birlikdə HƏMAS-ın həyata keçirdiyi terror fəaliyyətini tənqid edəcəyini gözləmək olardı və bu, müzakirə mövzusu olmamalıdır. Lakin təbii ki, söhbət İsraildən getdiyindən fərqli standartlar tətbiq olunur”, - deyə Heyli bəyan edib.

O qeyd edib ki, Təhlükəsizlik Şurası yalnız layihəni qadağan etməyin, həm də terror hücumları ilə çağırılan beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər mövzusunda iclasın keçirilməsi təklifini də qəbul etməyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT-TŞ   ABŞ   İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin