“Raytheon” Pentaqonla H-53 təyyarələrinə dair 9,5 milyon dollar dəyərində dəstək müqaviləsi bağlayıb. Vəsaitin 3,4 milyon dolları cari maliyyə ilində ödəniləcək.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilə əsasında “Raytheon” ABŞ ordusunun H-53 təyyarələri üçün çoxfunksiyalı rəngli, ağıllı ekranlar, kompüter proqramı çatdıracaq.
Müqavilə ilə nəzərdə tutulan işlərin Birləşmiş Ştatların İndiana ştatında həyata keçirilməsi və 2021-ci ilin sentyabrında tamamlanması planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Raytheon
ABŞ
H-53