Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert bəyan edib.
“Pompeo KXDR emissarı ilə görüş üçün Nyu-Yorka yola düşür və mən təxmin edirəm ki, o, cümə axşamı qayıdacaq”, - deyə Nauert bildirib.
O qeyd edib ki, artıq görüş planlaşdırılıb və hazırda onun son detallarının dəqiqləşdirilməsi üzərində işlər aparılır.
Ağalar Qəribov
Ordu.az