F-35-lərin ciddi çatışmazlığı aşkarlanıb: Hədəfə qədər uçmayacaq

2018/05/345345_1527162218.jpg
Oxunub: 4533     17:42     02 İyul 2019    
ABŞ-ın 5-ci nəsil qırıcısı olan F-35C-lər düşmən hədəflərinin vurulması üçün yetərli döyüş radiusuna malik deyil.

Ordu.az xəbər verir ki, bu qənaətə ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi gəlib.

Məlumata görə, F-35C qırıcılarının döyüş radiusu əlavə yanacaq çənləri və havada əlavə yanacaq təchizatı olmadan cəmi 1240 kilometr təşkil edir. Əgər ABŞ aviadaşıyıcılarına raket hücumu təhlükəsi olsa, onları 1852 kilometr məsafədə saxlamaq lazım dələcək. Məsələn, Çinin CSS-5 qanadlı raketi düşmən rəqiblərini 1722,36 kilometr məsafədə vurmağa qadirdir. Rusiyanın “Kinjal” raketində isə bu məsafə daha da böyükdür.

Belə olan halda digər əsas çatışmazlıqlarından biri də radarlarda yaxşı görünməsi olan F-35C-yə havada əlavə yanacaqdolduran lazım olacaq. Bununla da qırıcının üstünlükləri tamamilə yararsız görünür.

Komitədə qeyd edirlər ki, artıq F-35-lərin quruculuğu və istehsalına xərclənən məbləğ 406,1 milyard dolları keçib, bununla belə onların istifadəsi üçün əlavə 1,1 trilyon dollara ehtiyac var. O cümlədən qırıcıların radarlardan gizlənməsini daha da təkmilləşdirmək üçün bu xərclərin bir qədər də artacağını istisna etmək olmaz.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: F-35   ABŞ  

F-35-lərin ciddi çatışmazlığı aşkarlanıb: Hədəfə qədər uçmayacaq

2018/05/345345_1527162218.jpg
Oxunub: 4534     17:42     02 İyul 2019    