KXDR və Cənubi Koreya sülh müqaviləsinə dair bəyannamə imzalayıb

2018/04/1715_1524824001.jpg
Oxunub: 4124     18:13     27 Aprel 2018    
KXDR və Cənubi Koreya arasında keçirilən tarixi sammitin sonucu olaraq tərəflər formal müharibəyə son qoyaraq sülh müqaviləsi imzalamaq barədə razılıq əldə ediblər.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmə Nazirliyi məlumat yayıb.

Məlumata görə, KXDR lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çje İn ölkələr arasında müharibənin bitməsi və yeni sülh erasının başlanması, həmçinin Koreya yarımadasının bütövlükdə nüvə silahından azad edilməsi barədə bəyannamə imzalayıblar.

Kim Çen In Pxanmundcomdakı sərhəd məntəqəsində Cənubi Koreyaya keçən ilk Şimali Koreya lideri olub. In Cənubi Koreya prezidentinin əlini sıxaraq bu görüşü yeni əsrin başlanğıcı adlandırıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Cənubi-Koreya   Kim-Çen-In   Mun-Çje-İn  


Bizi "telegram"da izləyin