Indan tarixi zarafat: “Daha Cənubi Koreya prezidentini raket sınaqları ilə oyatmayacağıq”

2018/04/65_1524818220.jpg
Oxunub: 3993     16:35     27 Aprel 2018    
“Bundan sonra Cənubi Koreya prezidenti Mun Çje İni raket sınaqları ilə oyatmayacağıq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen In Cənubi Koreyadan olan həmkarına zarafatla bildirib.

“Şimali Koreyanın raket sınaqları Cənubi Koreya rəhbərinə yatmağa mane olurdu, bundan sonra daha onu səhərlər oyatmamaq üçün raket sınaqlarının keçiriməməsinə nəzarət edəcəm”, - deyə Kim Çen In qeyd edib.

Əlavə edək ki, KXDR və Cənubi Koreya liderlərinin görüş çərçivəsndə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini, sülhün bərpası və ölkələr arasında əlaqələrin yaxşılaşdırılmasını müzakirə etdikləri bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Cənubi-Koreya   Danışıqlar  


Bizi "telegram"da izləyin