Elektron müharibə ABŞ-ın Suriyadakı missiyasına çətinlik törədir - NECƏ?

2018/04/ElectronicWarfareIllo234_1524811558.jpg
Oxunub: 4457     14:57     27 Aprel 2018    
Birləşmiş Ştatlar özünə qarşı aparılan aqressiv elektron müharibənin Suriyada həyata keçirdiyi terrorizmlə mübarizə missiyasına çətinlik törətdiyini bildirib.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri general Toni Tomas danışıb.

“Hazırda biz Suriyada olduqca aqressiv elektron müharibə ilə üz-üzəyik. Bizim düşmənlərimiz kommunikasiyalarımıza zərər yetirmək, AC-130-larımıza hücum etmək və s. addımlarla hər gün bizi sınayırlar”, - deyə Tomas qeyd edib.

Bəziləri bunun Rusiyanın ünvanına edilmiş çıxış olduğunu bildirsələr də, Rusiya bu iddiaları rədd edib.

“Rusiyanın ABŞ helikopterlərini qurcalamaqdansa, Suriyada məşğul olacağı başqa işlər var”, - deyə Rusiya Federasiya Şurasının müdafiə komitəsinin sədr müavini Yevgeniy Serebrennikov bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya   Elektron-müharibə  


Bizi "telegram"da izləyin