Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa bəyan edib.
“Ümid edirik ki, iki ölkə lideri arasında raket-nüvə proqramı və oğurlanan yapon vətəndaşları barədə açıq diskussiya aparılacaq”, - deyə Suqa bildirib.
O qeyd edib ki, Yaponiya bu sammitin KXDR tərəfindən konkret addımların atılmasını xüsusi şəkildə izləyəcək.
Ağalar Qəribov
Ordu.az