Kəşmirdə gərginlik davam edir: 2 ölü, 2 yaralı

2018/04/5829b77fc21a7456_1524742723.jpg
Oxunub: 2552     19:36     26 Aprel 2018    
Cəmmu və Kəşmir bölgəsindəki cəbhə xəttində Hindistan ordusunun atəşkəsi pozması nəticəsində Pakistan tərəfindən 2 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölən və yaralananların hamısı mülki şəxs, yaralanlar bir ailənin üzvüdür.

Yerli mənbələr bildirib ki, səhər 06:00 radələrindən etibarən Hindistan əsgərləri əks tərəfə çoxsaylı atəş açıb. Hadisə nəticəsində 2 nəfər ölüb, ana və onun azyaşlı oğlu isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəşmir   Hindistan-Pakistan  


Bizi "telegram"da izləyin