Husilər Səudiyyə Ərəbistanına ballistik raket atıb

2018/04/48484841_1523359506_1524742521.jpg
Oxunub: 3403     19:33     26 Aprel 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən Nəcran vilayətinə ballistik raket atıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raket Nəcranda yerləşən hərbi bazanı hədəf alıb.

Yəməndə vuruşan Ərəb koalisiyasının mətbuat katibi polkovnik Turki əl-Maliki ballistik raketin uğurla zərərsizləşdirildiyini bildirib. İtki və dağıntı faktı qeydə alınmayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Səudiyyə-Ərəbistanı   Ballistik-raket  


Bizi "telegram"da izləyin