Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Müdafiə naziri Aviqdor Liberman səsləndirib.
O bildirib ki, İsrail heç kimlə müharibə aparmaq niyyətində deyil, lakin bədəli nə olursa olsun, İranın Suriyadakı mövcudluğuna da göz yumulmayacaq.
Suriyada davam edən müharibə ilə bağlı da danışan Liberman maraqlı fikirlər səsləndirib: “Suriyada müharibənin başlamasında 7 il keçib və biz bu müharibəyə müdaxilə etməmişik. İran, Hizbullah, Rusiya, İŞİD və digər tərəflər orada vuruşur. Hamı bir-birinə qarşı döyüşür və onların hamısına uğurlar arzulayıram”.
“Biz oraya müdaxilə etmirik, amma İran Suriyada hərbi bazalar tikməyə, onları qabaqcıl silahlarla təchiz etməyə çalışır. O, sonra ordan bizə hücum edəcək. Biz Colan təpələrinin yaxınlığında İranın bu əməllərinə səssiz qala bilmərik”, - deyə Liberman əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az