İsrail sahillərində iri hərbi PUA qəzaya uğrayıb

2018/04/4564_1524740900.jpg
Oxunub: 3014     19:07     26 Aprel 2018    
İsrail sahillərində iri pilotsuz uçuş aparatı qəzaya uğrayıb.

Ordu.az “Walla” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail ordusundan olan mənbələr məlumat yayıb.

Məlumata görə, PUA hələ bir neçə həftə öncə İsrailin sahil xətti yaxınlığında dənizə düşüb, lakin bu barədə yalnız indi məlumat əldə olunub.

Qəzanın səbəbinin texniki nasazlıq olduğu bildirilir.

Qeyd edək ki, bu, son vaxtlarda baş verən ikinci belə haldır. Daha öncə martın 31-də İsrail Hərbi Hava Qüvvələrinin başqa bir PUA-sı sıradan çıxaraq Livan ərazisinə düşüb. Həmin vaxt məlumatın sızdırılmasından yayınmaq mümkün olub. Böyük ehtimalla aparatın hissələri məhv edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   PUA  


Bizi "telegram"da izləyin