Ordu.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Astana formatının qarantları olan Türkiyə, Rusiya və İran xarici işlər bazirlərinin görüşü aprelin 28-də Moskvada baş tutacaq. İclasında Astana tənzimlənmə mexanizmi çərçivəsində əməkdaşlığın bütün aspektləri müzakirə ediləcək. Tərəflər bundan sonra hansı addımları atacaqlarını müəyyənləşdirəcəklər”, - deyə məlumatda bildirilir.
Artıq bu məlumat Rusiya və İran xarici işlər nazirlikləri tərəfindən də təsdiq olunub.
Ağalar Qəribov
Ordu.az