Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Sindzo Abe bəyan edib.
“Sabah Koreyaarası sammit baş tutacaq, bundan sonra isə ABŞ və KXDR liderləri arasında yüksək səviyyədə görüş olacaq. ABŞ və Cənubi Koreya ilə sıx əməkdaşlıq şəraitində biz KXDR-dən nüvə və raket proqramının dayandırılması üzrə konkret addımların atılmasını tələb etməyə davam edəcəyik”, - deyə Abe bildirib.
O qeyd edib ki, Yaponiya həmçinin Çin və Rusiya ilə əməkdaşlıq şəraitində Pxenyana maksimal təzyiq göstərməyə çalışacaq.
Ağalar Qəribov
Ordu.az