Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bəyan edib.
“ABŞ-ın qərarının nə olmasından asılı olmayaraq biz daha geniş razılaşmalar üzərində işləyəcəyik. Lakin ABŞ lideri Trampın daha öncə dediklərini nəzərə alaraq Vaşinqtonun da nüvə razılaşmasında qalacağını düşünmürəm”, - deyə Makron bildirib.
O qeyd edib ki, Fransa razılaşmanın saxlanılmasını istəyir və eskalyasiya arzulamır. Lakin razılaşmanın saxlanmasının yalnız nüvə proqramına dəyişikliklərin edilməsindən sonra razı ola biləcəyini açıqlayıb.
Ağalar Qəribov
Ordu.az