Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun komandanı, general Robert Neller bəyan edib.
O, bu barədə Senatın dinləmələrində çıxış edərək dəniz piyadalarının bazalarının möhkəmləndirilməsinin zəruri olduğunu bildirib.
“ABŞ-ın dəniz piyadalarında zəif nöqtələr var. Bizim üçün dəniz piyadalarının bazalarının, o cümlədən anqar və komanda məntəqələrinin möhkəmləndirilməsi zəruridir. Aviabazaların təmirini surətləndirmək və hava hücumundan müdafiəni təkmilləşdirmək lazımdır”, - deyə Neller açıqlayıb.
Ağalar Qəribov
Ordu.az