“Fransa Suriyada hərbi mövcudluğunu genişləndirəcək” - Makron

2018/04/ooo-7-651x3694564_1524721371.jpg
Oxunub: 1335     13:39     26 Aprel 2018    
“Fransa Suriyada İŞİD terror qruplaşması ilə mübarizənin bitməsi üçün beynəlxalq koalisiyaya yatırımını genişləndirmək niyyətindədir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda mətbuat konfransında çıxış edərkən bəyan edib.

“Biz beynəlxalq koalisiyadakı məsuliyyətimizi artıracağıq. Əməliyatı tamamlamaq üçün bütün zəruri vasitələrə sahibik”, - deyə Makron bildirib.

Onun sözlərinə görə, Fransa öz sözlərinə sadiqdir və mübarizəni sona qədər davam etdirəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa-Suriya   Makron  


Bizi "telegram"da izləyin