ABŞ ballistik qitələrarası raketi sınaqdan keçirib - VİDEO

2018/04/1493212456345345_1524719747.jpg
Oxunub: 3029     13:13     26 Aprel 2018    
ABŞ Hərbi Hava Qüvvələri “Minuteman III” qitələrarası ballistik raketini sınaqdan keçiriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Bu, 2018-ci ildə ilk belə buraxılış idi. Son sınaq isə 2017-ci ilin avqustunda baş tutub. İlk olaraq sınaqların fevralda keçirilməsi planlaşdırılırdı, lakin onlar təxirə salındı.

Raket döyüş hissəsi ilə təchiz edilməyib. Buraxılış uğurlu idi, onun baş hissəsi nəzərdə tutulan hədəfə dəyib.

“Minuteman III” raketinin buraxılışı Kaliforniya ştatının cənubunda yerləşən “Vandenberq” bazasından həyata keçirilib.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Minuteman-III  


Bizi "telegram"da izləyin