ABŞ HHQ kosmosdakı üstünlüyünü qorumağa çalışır

2018/04/6_1524679695.jpg
Oxunub: 3729     02:51     26 Aprel 2018    
Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələri kosmik layihələrə ayırdığı vəsaiti artırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Senatın Silahlı Xidmətlər komitəsinin dinləmələrində çıxış edən ABŞ HHQ-nin rəhbəri Hezer Uilson bildirib.

Onun sözlərinə görə, Çinin kosmosda son dövrdə əldə etdiyi nailiyyət ABŞ HHQ-nin kosmosdakı imkanlarını risk altına atıb.

“Onların kosmosda gördüyü işlərin bəziləri olduqca aqressivdir. Biz artıq buna qarşı səylərimizi gücləndirməyə başlamışıq. Kosmosda mümkün olan müdafiə qabiliyyətimizi gücləndirməyə çalışırıq”, - deyə Uilson bildirib.

ABŞ HHQ qarşıdakı beş il ərzində kosmik sistemlərə 44,3 milyard dollar yatırım etməyi planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kosmos  


Bizi "telegram"da izləyin