“Reuters”: Suriyadakı “Vaqner” üzvləri Rusiya bazalarından istifadə edirlər

2018/04/mans-pic905-895x505-7034345_1524655730.jpg
Oxunub: 3543     19:27     25 Aprel 2018    
Suriyada Əsəd qoşunları mövqeyində döyüşən “Vaqner” şəxsi hərbi şirkətinin döyüşçüləri Rusiya hərbi bazasından istifadə edirlər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.

Məlumata görə, “Vaqner” döyüşçülərinin istifadə etdiyi baza Rostov na-Donudan 350 kilometr məsafədə - Krasnodar diyarında yerləşən Molkinodakı hərbi bazadır.

Bu bazaya Suriyada qayıdan “Vaqner” döyüşçüləri gedir. Elə ki, Rostovdakı hava limanından həmçinin martın 25-i və aprelin 6-da eyni avtobus döyüşçüləri Malkinoya aparıb.

Hələlik Rusiya rəsmi qurumlarından heç biri bu məlumatı şərh etməyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Vaqner   Suriya  


Bizi "telegram"da izləyin