Ordu.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Liberman ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşmək niyyətindədir.
Libermanın həmçinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin nümayədələri ilə görüş keçirəcəyi də qeyd olunur.
Qeyd edək ki, görüşlər çərçivəsində müzakirə ediləcək əsas məsələlər İranın nüvə müqaviləsi və Suriyadakı vəziyyət olacaq.
Ağalar Qəribov
Ordu.az