Aİ ölkələri Trampla nüvə müqaviləsinə dair danışıqlar aparır

2018/04/1522910312456456_1524636417.jpg
Oxunub: 3311     14:05     25 Aprel 2018    
Almaniya, Fransa və Böyük Britaniya İranın nüvə müqaviləsinə dair Trampla razılaşma əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Süddeutsche Zeitung” nəşri məlumat yayıb.

Məlumata görə, 5 mərhələdə davam edən danışıqlardan sonra İranın raket sınaqlarını davam etdirməsi və aqressiv regional siyasətinə görə Tehrana qarşı təzyiqi gücləndirmək lazımdır.

Xüsusilə təzyiq və təsir vasitələrindən biri kimi sanksiyaların tətbiqinin yenidən gündəmə gətirilməsinin əhəmiyyəti danışıqlarda vurğulanan əsas məsələlərdən biri olub.

Bununla belə, danışıqlar hələ bitməyib və Vaşinqtonun tələbi üzrə daha bir neçə mərhələdə müzakirələr davam etdiriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Tramp  


Bizi "telegram"da izləyin