Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın “We Are The Mighty” nəşri məlumat yayıb.
Məlumatda qeyd edilir ki, SSRİ-də RPK-lar hələ 1964-cü idə orduda RPD (Deptyarevin əl pulemyotu) silahlarını əvəzləməyə başladı. Daha sonra isə ilk avtomat, taxta əvəzinə plastik alt lülə örtüyü əvəzlənib və ona gecə nişangahı əlavə edilib.
Nəşrin məlumatında qeyd edilir ki, yarım əsrlik xidmətinə baxmayaraq, RPK-nın qarşıda hələ uzun karyerası var.
M27 avtomatik tüfəngləri Almaniyanın “Heckler & Koch” şirkəti tərəfindən yaradılıb. 2010-cu ildən etibarən bu silah ABŞ Dəniz Piyadaları Korpusu tərəfindən M249 pulemyotunun əvəzləyicisi qismində alınır.
Sevinc Əliyeva
Ordu.az