Gəncədə mərmi aşkarlanıb

2018/02/anama_terter_alasgarli_120218_(1)_1518419429_1519481968_1519491602.jpg
Oxunub: 4354     22:12     24 Fevral 2018    
Fevralın 24-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Gəncə şəhəri, Kəpəz rayonu, Qaraqoyunlu küçəsi döngə 1 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMa-dan Ordu.az-a verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib və 1 ədəd 115 mm-lik top mərmisi (OF-27) aşkar olunaraq zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursatın ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib və əlavə təhlükəli əşya, qurğu aşkar edilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Gəncə   Kəpəz  


Bizi "telegram"da izləyin