DARPA-dan möhtəşəm layihə: Sualtı əleyhinə fasiləsiz hərbi pilotsuz gəmi

2018/02/subhunter6456_1519464101.jpg
Oxunub: 3142     19:44     09 Avqust 2019    
DARPA-nın prototip avtomatlaşdırılmış döyüş gəmisi “Dəniz Ovçusu” daha çox təkmilləşdirilmə məqsədilə Donanma Araşdırmalar İdarəsinə (DAİ) aparılıb.

Ordu.az "National Interest"ə istinadən xəbər verir ki, döyüş gəmisinin bu il ərzində filotiliyaya qoşulması gözlənilir.

“DAİ inqilabi prototip vasitəni təkmilləşdirməyə davam edəcək. Bu vasitə heç kim olmadan aylarla açıq dənizdə minlərlə kilometr qət edə bilən, tamamilə yeni okean gəmi sinfinin ilkidir. O, burada Orta Yerdəyişmə Pilotsuz Səth Vasitəsi (OYPSV) halına gətiriləcək”, - deyə DARPA bəyanat yayıb.

“Dəniz Ovçusu” 2010-cu ildə DARPA-nın “sualtı əleyhinə fasiləsiz hərbi pilotsuz gəmi” (ACTUV) layihəsi kimi dünyaya gəlib. Layihənin məqsədi sualtı gəmilərin axtarışı üçün uzaq məsafədə avtonom hərəkət edə bilən ekipajsız gəmi hazırlamaq idi. OYPSV heç bir silaha malik olmasa da, güclü dəniz radarı var: o bir dəfəyə hədəfi təsbit edə bilər.

Cəmisi 132 fut uzunluqlu və tam yüklənərkən 145 tonluq çəkili yaxta ölçülü bir gəmi üçün “Dəniz Ovçusu”nun statistikaları təsirlidir. Onun maksimum sürəti 50 km/saatdır. O, beşinci dərəcəli dəniz şəraitində (5-13 fut yüksəklikdə dalğalı) əməliyyat apara və 7-ci dərəcəli dəniz şəraitində (20-30 fut yüksəklikdə dalğalı) mövcudluğunu saxlaya bilər.

Bütün bunlardan əlavə gəmi heç bir personal olmadan 27 gün üzə bilər. Gəminin süni zəkası kapitan və ekipaj kimi dizaynlaşdırılıb. Ehtiyac olduqda sahildəki nəzarət stansiyasından bir nəfər operator “Dəniz Ovçusu”nun komandanlığını götürə bilər. “Bu o deməkdir ki, komandir bir düyməyə toxunar və gəmi 8300 dəniz mili uzaqlıdakı Bəhreynə çata bilər”, - deyə keçmiş Müdafiə nazirinin müavini Robert Vörk bildirib.

2016-cı ildə gəmi Oreqondakı limanda təqdim edildi. Diqqət çəkən ilk şey gəminin olduqca dar olmasıdır. Onun genişliyi təxminən 11 futdur. Lakin heç bir ekipajın, mətbəxin və ya ayaqyolunun olmamasından dolayı genişliyə də gərək qalmır.

Konsepsiya işləyəcək? Anti-sualtı döyüş robotu üçün mükəmməl tapşırıq kimi görünür: asta, həssas və usandırıcı. Uzaq mənzilli avtomatlaşdırılmış dənizaltı ovçu tapşırığı insanlı gəmilər, dənizaltılar və təyyarələrdən çox ucuz şəkildə həyata keçirilə bilər. DARPA “Dəniz Ovçusu”nu həm mina təmizlənməsində, həm də hava sensorları ilə əlaqəyə girməkdə də sınaqdan keçirib.

Dəniz Ovçusunun silahla təchiz edilməməsi üçün heç bir texniki səbəb yoxdur. Lakin DARPA bu gəminin silahlandırılması barədə heç nə demir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DARPA   Dəniz-ovçusu  

DARPA-dan möhtəşəm layihə: Sualtı əleyhinə fasiləsiz hərbi pilotsuz gəmi

2018/02/subhunter6456_1519464101.jpg
Oxunub: 3143     19:44     09 Avqust 2019    