Erməni redaktordan etiraz: "Vigenin Moskvada olması utancvericidir"

2018/02/1-26567567_1519384862.jpg
Oxunub: 1196     19:19     23 Fevral 2018    
Daha öncə xəbər verdiyimiz kimi, Ermənistan müdafiə naziri Vigen Sarkisyanın rəhbərlik etdiyi nümayəndə heyəti Qırmızı ordunun yaradılmasının 100 illiyinə həsr edilmiş bayram tədbirlərində iştirak etmək üçün Moskvaya səfər edib.

Lakin Ermənistan mətbuatı Vigen Sarkisyanın Rusiya səfərini qınaq obyektinə çevirib. Aracin.am saytı erməni nazirin səfərinin Ermənistanın milli dəyərlərinə yad olduğunu bildirib.

"Hazırda Rusiya üçün sovet simvollarını, bayramlarını yenidən bərpa edilməsi dövlət siyasətinə çevrilib. Nazir səviyyəsində bayram tədbirlərində təmsil olunmaq, Ermənistan hakimiyyətinin milli dəyərlərə verdiyi önəmi ifşa edir. Serj Sarkisyan hakimiyyəti bolşevik imperiyasının simvolu hesab olunan ordunun ildönümünü yüksək səviyyədə qiymətləndirir. Avropa Birliyi ilə tarixi bir razılaşmanı imzalayan ölkə üçün bu cür davranış qəbul edilməzdir", - deyə erməni redaktor yazır.

Erməni redaktor, cəmi bir neçə gün əvvəl Serj Sarkisyanın Münxen Təhlükəsizlik iclasının tribunasından Ermənistanın Avropa və insan dəyərlərinə sadiqliyini bəyan etməsini də yalan adlandırıb və tədbirlərdə iştirakın yolverilməz olduğunu vurğulayıb.

"Qırmızı ordunun 100 illik ildönümünü qiymətləndirərək, Ermənistan, faktiki olaraq Rusiya imperiyasını, Ermənistanın məhv edilməsinə yönəlmiş xəyanəti legitimləşdirir. 1920-ci ildə ilk Ermənistan respublikası Qırmızı ordu tərəfindən məhv edilib. Qırmızı ordunun bayram tədbirlərində iştirak etməklə, dolayı yolla olsa da Ermənistanın sovet işğalına haqq qazandırırlar. Vigen Sarkisyanın birinci respublikanın dövründəki may döyüşlərinin 100 illiyi, ümummilli hərəkatın 30 illiyindən 2 gün sonra Moskvaya, Qırmızı ordunun bayram tədbirlərinə getməsi daha utanverici haldır", - deyə erməni redaktor etiraz edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Qırmızı-ordu   Etiraz  

Erməni redaktordan etiraz: "Vigenin Moskvada olması utancvericidir"

2018/02/1-26567567_1519384862.jpg
Oxunub: 1197     19:19     23 Fevral 2018    