Bu sözləri
Ordu.az-a dünən Azərbaycan Silahlı Qüvvələrinin II ordu korpusunda keçirilən gənc əsgərlərin hərbi andı qəbuletmə mərasimdə, əsgər valideyini Fəxrəddin Səmədov bildirib.
Üç oğul atası olan F.Səmədov həmçinin digər oğullarının da qardaşları kimi həqiqi hərbi xidmətə çarılacağı günü həvəslə gözlədiyini deyib:
“Allahdan arzu edirəm ki, ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyi gün mənim övladlarımın xidmət edəcəyi günə təsadüf etsin. Bax onda bizim ailə bu Vətənə olan borcunu qaytarmış olacaq. Mən də başda olmaqla üç oğlum Vətən uğrunda canımızdan keçməyə hazırıq. Sizin vasitənizlə hərbi andı qəbul edən bütün gənc əsgərləri, onların valideynlərin təbrik edirəm!”
Xatırladaq ki, dünən II Odu Korpusunun Ağcabədi rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Yüksək səviyyədə təşkil edilən mərasim hərbi hissəyə toplanan valideynlərin və tədbir iştirakçılarının böyük coşqusuna səbəb olub.
Dövlət Himinin səsləndirilməsi ilə başlanan təntənəli mərasimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun gənc əsgərlərə ünvanladığı təbrik məktubu səsləndirilib. Çıxış edən zabit və əsgər valideynləri hərbi andı qəbul edən bütün gənc əsgərləri təbrik edərə onlara bu şərəfli yolda uğurlar arzulayıb.
Əsgərlər Vətənə sədaqət andı içdikdən sonra tədbir hərbi hissədə təşkil edilmiş konsert proqramı ilə davam etdirilib.
Elgün Gəncimsoy, Ağcabədi
Ordu.az