Ordu.az "Past" qəzetinə istinadən xəbər verir ki, Ermənistan höküməti yanında dövlət gəlirləri komitəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin Zvartnots şöbəsinin baş gömrük müfəttişi, Ermənistan BQ rəisinin keçmiş müavini general-leytenant Haykaz Bağmanyanın oğlu, Pavel Bağmanyan 2017-ci ildə vəzifəni qəbul edərkən, yüksək vəzifəli məmurların etika komissiyasına mal varlığı barədə bəyannamə təqdim edib.
Pavel Bağmanyan 2 torpaq sahəsi, 2 "Toyota" və 2 "Mercedes" markalı 4 avtomobilinin olduğunu bildirib. Onun avtomobillərinin markası "Mercedes-Benz G500", "Mercedes-Benz E 350 4 Matic" və 2 ədəd "Toyota Land Cruıser Prado 2.7 I" - dir.
Vəzifəni qəbul edərkən maddi vəsait varlığı 8 milyon dram, gəlirləri isə 2 milyon 763 min dramdan ibarət olub. Bunlardan 1 milyon 313 min dram əmək haqqı, 1 milyon 450 min dram isə digər gəlirlər kimi göstərilib.
Alpər Mövludoğlu
Ordu.az