KTMT: Əfqanıstanda 7 min İŞİD terrorçusu fəaliyyət göstərir

2018/02/456546456456_1518088541.jpeg
Oxunub: 2806     19:14     08 Fevral 2018    
“Hazırda Əfqanıstan İŞİD terrorçularının ən çox toplandığı yerdir”.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə KTMT baş katibinin müavini Valeri Semerikov bəyan edib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məlumatına görə, hazırda Əfqanıstanda 7 minə yaxın İŞİD terrorçusu yerləşir”, - deyə Semerikov bildirib.

O qeyd edib ki, Əfqanıstanda İŞİD-in meydana gəlməsi ilə regional təhlükəsizlik üçün təhdidlər artmaqdadır.

“İŞİD terrorçuları Rusiya Aerokosmik Qüvvələrinin uğurlu əməliyyatlarından sonra Suriyadan digər ölkələrə qayıdırlar. Onların böyük əksəriyyəti isə Əfqanıstanda toplaşıb”, - deyə Borisov qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Əfqanıstan  


Bizi "telegram"da izləyin