Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu günlərdə "Medialab.am" saytının Ermənistan müdafiə naziri Viqen Sarkisyanın karikaturasını yayımlaması səbəbindən saytın redaktoru Marianna Qriqoryana qarşı Hayk Berman Ohanyan adlı "Facebook" istifadəçisinin adından ciddi təhdidlər edilib.
Ohanyan İnstagram səhifəsində snayper olduğunu qeyd edib. "Haykakan Jamanak" qəzetinə müsahibəsində isə Ermənistan ordusunun zabiti olduğunu inkar etməyib.
Hayk Berman Ohanyan Ermənistan ordusunda doğrudanmı xidmət edir, redaktoru açıq şəkildə təhdid etdiyinə görə məsuliyyətə cəlb edilibmi? Bu suallara Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəisi Artsrun Hovhanissyan cavab verib.
Artsrun Hovhanissyan Ohanyanın Ermənistan ordusunun zabiti olmadığını, snayper olmasını dediyinə baxmayaraq, bir neçə il əvvəl ordudan kənarlaşdırıldığını bəhanə gətirib. Bununla Ermənistan müdafiə nazirinin mətbuat xidmətinin rəhbəri əslində redaktoru təhdid edən zabitə himayədarlıq edib.
Alpər Mövludoğlu
Ordu.az