Cənubi Koreya prezidenti KXDR-in rəsmi nümayəndələri ilə görüşəcək

2018/02/023423423_1518081341.jpg
Oxunub: 2482     17:42     08 Fevral 2018    
Cənubi Koreya prezidenti Mun Çje İn fevralın 10-da Şimali Koreyanın rəsmi nümayəndə heyəti ilə görüşəcək.

Ordu.az “Yonhap News” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Prezident Administrasiyası məlumat yayıb.

“Prezident Mun fevralın 10-da KXDR-in nümayəndə heyəti ilə rəsmi səfər yeməyi təşkil etməyi planlaşdırır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, KXDR nümayəndə heyətinin Cənubi Koreyaya gəlməkdə məqsədi Pxyonçxanda keçiriləcək Olimpiya oyunlarının açılıışında iştirak etməkdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Olimpiya-oyunları  


Bizi "telegram"da izləyin