Hakopyanın ipdən asılı taleyi: Qarabağdan Ermənistana BQ rəisi göndərilir

2018/02/50-3-1-2223423_1518070159.jpg
Oxunub: 2393     14:59     08 Fevral 2018    
İşğal altında olan Qarabağda "vəzifə"dən azad edilən general Mikayel Arzumanyan Ermənistan baş qərargah rəisi Movses Hakopyanı əvəz edəcək.

Ordu.az "Haykakan Jamanak"a istinadən xəbər verir ki, dünən qondarma qurumun qanunsuz hərbi birləşməsinin komandirinin 1-ci müavini vəzifəsindən azad edilən general-mayor Mikayel Arzumanyan, Ermənistan ordusunun baş qərargah rəisi general -polkovnik Movses Hakopyanı əvəz edəcək.

Lakin bu məlumat hələki rəsmən təsdiq edilməyib.

General-mayor Mikayel Arzumanyan 2012-ci ildən qondarma qurumun qanunsuz hərbi birləşməsinin komandirinin 1-ci müavini vəzifəsində xidmət edirdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   BQ   Qarabağ  


Bizi "telegram"da izləyin