Ordu.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlər zamanı kəşfiyyatçılar, axtarış, əsirtutma, sənəd ələ keçirmə bacarıqlarını təkmilləşdirəcək. Kəşfiyyatçılar şərti düşmənin hədəflərini dağıtmaq, əsir tutmaq, gizli sənədləri ələ keçirmək, izləmə həyata keçirən şərti düşmənin kəşfiyyat qrupunu məhv etmək, şərti yaralıları təxliyyə etmək və ilkin tibbi yardım göstərmək kimi tapşırıqları yerinə yetiriblər.
Təlimlərə 200 hərbi qulluqçu və 50-dək hərbi texnika cəlb edilib. Kəşfiyyat bölmələrinin hazırlıq təlimləri normativlərin qəbul edilməsi ilə yekunlaşacaq.
Alpər Mövludoğlu
Ordu.az