Ordu.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sanksiyalarının Azərbaycana necə təsir edəcəyi barədə “EADaily” azərbaycanlı politoloqlar İlqar Vəlizadə və Tofiq Abbasovla söhbət edib.
ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı siyahısını necə qiymətləndirirsiniz? Bu, hansı nəticələrə səbəb ola bilər?
İlqar Vəlizadə (İ.V.): Maliyyə Nazirliyinin siyahısı simvolik xarakter daşıyır və Rusiyanın siyasi və beznes elitası arasında panik effekt yaratmağa yönəlib. Bu sanksiyalar heç bir praktik nəticələrə səbəb olmayacaq, çünki onların realizə mexanizmləri yoxdur.
Tofiq Abbasov (T.A.): Sanksiya siyasətinə həddindən artıq aludə olma gec və ya tez böyük itki və çaxnaşmalarla ABŞ-ın özünə qarşı çevriləcək. Amerikanın dünya hökmdarı rolunu oynamaq və bütün dövlət, xalqlara demokratiyanın qurulması, biznesin daxil edilməsi, bir-biri ilə əməkdaşlıq və s. məsələlərdə diktə etmək istəyi anlaşılandır. Lakin bu nə qədər banal səslənsə də, Vaşinqton digərlərini nə və necə etməyi öyrətməyə çalışaraq həddini aşır.
Hesab edirəm ki, ABŞ Maliyyə Nazirliyinin rusiyalı məmur və biznesmenlər qrupuna münasibətdə sanksiya siyahısı öz xeyrinə suveren ölkənin imkanlarını məhdudlaşdırmaq cəhdidir. Amerikalı siyasətçilər belə siyahılarla hərfi mənada digər ölkələrin siyasi elitasını oyundan kənar vəziyyətə salır, beynəlxalq koordinatlar sistemində etinasızlıq və nifrət toxumları əkirlər. Vahid halda birləşən Avropada, Cənub-Şərqi Asiyada amerikalı idarəçilərə qarşı narazıçılığın artması təsadüfi deyil. Əgər ABŞ-ın öz sanksiyaları ilə digər ölkələrin yalnız biznes dairələrinə deyil, həm də öz işgüzar elitasına zərbələr endirdiyini nəzərə alsaq, istisna deyil ki, Amerika hökumətinin dəhlizlərində yaxın zamanlarda ciddi narazılıqlar özündən söz etdirə bilər.
- Siyahıda Rusiyada yaşayan bir sıra azərbaycanlı biznesmenlər – Vahid Ələkbərov, Araz Ağalarov və digərləri də var. Onların Rusiya rəhbərliyindən uzaqlaşacağını və öz kapitallarını digər ölkələr, məsələn, Azərbaycana çıxaracağını gözləməyə dəyərmi?
İ.V.: Hadisələrin belə inkişafını gözləmək tamamilə doğru olmaz. Bütün bu insanlar Rusiya establişmenti ilə sıx şəkildə əlaqəlidirlər, onların bizneslərinin bir çox istiqamətləri Rusiyanın strateji maraqlarını təmsil edir. Bu istiqamətdə, xüsusən də bu şərtlərdə atılan istənilən addım düşmən xarakterli hesab ediləcək və cavab reakisyasına səbəb olacaq. Amerika sanksiyalarının siyahısında olmaq o qədər də qorxulu deyil. Məsələn, öz Vətənində vergidən yayınan insanlar siyahısında olmaq dəfələrlə daha təhlükəlidir.
T.A.: Düşünürəm ki, bu, istisna olunan haldır. Amerika hakimiyyətinin qara siyahısına düşən bütün şəxslər Rusiya biznesində böyüyüb və oradan çıxıb. Vaşinqton total oliqarxizm atmosferi təsvir edərək onları Rusiya rəhbərliyi ilə əlaqələndirir. Demək olmaz ki, işgüzar adamlar qəti şəkildə siyasi elita iə əlaqədən məhrum olmalıdırlar. İstənilən halda biznes insanları hökumət nümayəndələri ilə rastlaşırlar, onların münasibətləri formalaşır.
Məgər Amerikanın özündə belə deyil? Məhz orada siyasətçilər və biznesmenlər yalnız gözəl şəkildə birlikdə yaşamırlar, həm də əməkdaşlığı inkişaf etdirirlər və məhz orada siyasi və işgüzar lobbiçilik inkişaf edir.
Rusiyalı biznesmenlər hansı səbəbdən qazandıqları yerlərini tərk etməlidirlər ki? Amerikanın – onları cəzalandıran ölkənin xoşuna gəlmək üçün? Dünyanın istənilən ölkəsində hakimiyyət böyük layihələrin uğurlu realizəsi üçün bizneslə əməkdaşlıq edir. Qəliz və çoxpilləli proqramların taleyindən söhbət gedəndə uğurun əsas elementlərindən biri məhz bu əlaqələrdir.
Rusiyadan kapitalın çıxarılması üçünsə heç bir səbəb görmürəm. Məsələnin əxlaqi tərəfi də var – bu insanlar öz vəsaitlərini Rusiyada qazanıblar. Öz ərazisindən onlara işgüzar imkanlarını sınamaq üçün yer ayıran ölkədən öz əmlakını başqa ölkəyə köçürmək nə dərəcədə etik ola bilər? Sonra isə özləri bu vəsaiti haraya yatıracaqlarına qərar verməlidirlər. Mənə məlum olduğu qədər, əslən Azərbaycandan olan biznesmenlər ölkəyə yetərincə yatırım ediblər. Onlardan hansısa bizim bazardan çıxıb, lakin bu, onların qayıtmayacağı anlamına gəlmir. Biznesdə hər şey konyuktura ilə əlaqəlidir.
- Rəsmi Bakı bu biznesmenlərə onların bəzilərinin tarixi Vətənlərinə yardımını nəzərə almaqla onlara kömək edəcəkmi?
İ.V.: Bakı bu məsələlərdə məsafə saxlayacaq.
T.A.: Bu məsələ Azərbaycan hökumətinə yox, onların hazırda Rusiyada yaşayan və işləyən Azərbaycandan olan həmkarlarından ibarət milli biznes elitaya yönəldilməlidir. Hərçənd Azərbaycan hökuməti bu məsələdə rus biznesmenlərin öz iqtisadiyyatına investisiyalar yatırmasında əməkdaşlıq etməyə qarşı deyil. Azərbaycan əsilli biznesmenlər üçünsə yerli bazarın xüsusiyyətləri daha yaxşı tanışdır. Lakin yenə də bu məsələ hər bir biznesmen üçün fərqlidir və konkret situasiyadan asılı olaraq vəziyyət onlar üçün müxtəlifdir.
- ABŞ Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlıq edən ölkələri sanksiyalarla təhdid edir. Bu, Bakı və Moskvanın, xüsusən Azərbaycanın Rusiyadan silah alması məsələlərinə necə təsir edə bilər?
İ.V.: Heç cür. Rusiya öz silahını bütün dünya üzrə onlarla ölkələrə satır. Alıcılar qismində, məsələn, Səudiyyə Ərəbistanı da var. Lakin mən Vaşinqtonun Krallığa münasibətdə sanksiya qəbul etdiyini eşitməmişəm. Kral Salmanın da Səudiyyə Ərəbistanı və Rusiya arasında mövcud olan silah müqavilələrindən imtina edəcəyini də zənn etmirəm. Elə isə Bakıdan belə bir addım gözləməyin nə mənası var?
T.A.: Amerikanın sanksiya istiqamətində aktivliyinin əsas səbəblərindən biri məhz Rusiyanın hərbi texnologiyalar, kefiyyətli silahlarının ticarətinin aparıldığı beynəlxalq bazarlarda üstünlüyünün qarşısını almaqdır. Moskva tədricən yüksək dəqiqlikli avadanlıqların yaradılması üzrə strateji təşəbbüsləri ələ keçirərək Vaşinqtonu sıxışdırır. Bu əsasən raket texnologiyaları, yüksək dəqiqlikdə müdfiə sistemləri, ağır texnika və s. aiddir.
Əgər Vaşinqton Rusiyanın Ukrayna kimi sərfəli müttəfiqlə əlaqələrini pozmaq və Kiyevin hərbi sənaye kompleksini Qərb standartlarına uyğunlaşdırmağa müvəffəq oldusa, Rusiya digər istiqamətlər üzrə revanş götürmək qərarına gəldi. Yeri gəlmişkən, Rusiya hərbi sənaye kompleksinin Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və digər ABŞ-ın yaxın müttəfiqləri olduğunu xayırlamağa dəyər. Azərbaycan da Rusiyanın mütəffiqləri arasındadır, lakin ilk sıralarda deyil.
Hərçənd hərbi-texniki əməkdaşlıq üçün özünə müttəfiq seçmək Bakının suveren hüququdur. O cümlədən Bakı özünün həyasız qonşusu ilə müharibəyə cəlb edilmiş şəkildə həm də öz təhlükəsizliyini düşünür. Müdafiə kompleksimizin möhkəmləndirilməsində heç kəs bizə göstəriş verə bilməz. Həmçinin bizim Ordumuz əsasən Rusiya silahları ilə təmin edilib. Belə ciddi məsələdə kənar təsirlər prinsipi yolverilməzdir. Bu səbəbdən əməkdaşlıq nəzərə tutulan rejimdə inkişaf edir və hadisələr məntiqi sonluğa çatmalıdır.
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az