Erməni redaktoru Vigenin snayperi təhdid edib - DETALLAR

2018/02/609_1518002891.jpg
Oxunub: 3865     19:25     07 Fevral 2018    
Redaktoru təhdid edən şəxsin Ermənistan müdafiə nazirliyinin zabiti, snayper olduğu məlum olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "Medialab" saytının direktoru və baş redaktoru olan Marianna Qriqoryana və onun uşağına qarşı Feysbuk səhifəsində, şəxsi yazışmada təhdidlər edən Hayk Berman Ohanyanın Ermənistan müdafiə nazirliyinin zabiti, snayper olduğu məlum olub.

Hayk Berman Ohanyan, onunla əlaqə saxlayan mətbuat nümayəndələrinə bildirib ki, bütün cavabları polis orqanlarından ala bilərlər.

"Siz redaktorun "kimdir təhdid edən", sualına cavab olaraq "düşməni o dünyaya göndərəndir" demisiniz?", - deyə erməni jurnalist soruşub. Ohanyan bildirib ki, "ordunun hər bir zabitinin borcu "düşməni" o dünyaya göndərməkdir, əgər redaktor özünü düşmən sayırsa, artıq özü bilər" deyə cavab verib.

Xatırladaq ki, "Medialab.am" xəbər saytının redaktoru "Facebook" sosial şəbəkəsində ciddi xəbərdarlıq alıb. Buna xəbər portalında Ermənistan müdafiə nazirliyinin 7 dekabr 2017-ci ildə 1 milyon dram dəyərində gül alması və orduda korrupsiya riskləri barədə məlumat dərc etməsi barədə karikatura səbəb olub. Təhdid edən şəxs bildirib ki, "Medialab.am" saytını 2015-ci ilin yanvar ayında Fransanın "Şarl Ebdo" jurnalına edilən basqının aqibəti gözləyə bilər.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vigen-Sarkisyan   Şarl-Ebdo   Medialab.am  


Bizi "telegram"da izləyin