2017-ci ildə Ermənistan SQ-də 1207 cinayət hadisəsi baş verib - HESABAT

2018/02/754542345_1517997706.jpg
Oxunub: 3983     17:58     07 Fevral 2018    
Ermənistan silahlı qüvvələrində cinayətkarlığa qarşı mübarizə və hərbi prokurorluğun fəaliyyətinin yekunlarına həsr olunmuş iclas keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hərbi prokurorluğunda 2017-ci ildə silahlı qüvvələrdə qanun pozuntuları, cinayətkarlığın ümumi vəziyyəti, buna səbəb olan amillər müzakirə edilib. Tədbirdə Ermənistan baş prokuroru Artur Davtyan, müdafiə naziri Vigen Sarkisyan və digər məsul şəxslər iştirak edib.

Ermənistanın hərbi prokuroru, baş prokurorun müavini Vahe Harutyunyan məruzə ilə çıxış edib. O, bildirib ki, keçən il ərzində silahlı qüvvələr və digər qoşun növlərində 1207 cinayət hadisəsi baş verib. Bunardan 63.6% yəni 768 fakt hərbi xidmətə qarşı, 36.4% yəni 439 fakt isə digər xüsusiyyətli cinayətlər olub.

1207 cinayət hadisəsindən 111 hal ağır, 80 hal xüsusi ağır olmaqla, cəmi 191 ağır və xüsusi ağır cinayət baş verib. 2016-c ildə baş verənlərlə müqayisədə ağır cinayətlər 6 hal yəni 5.1 %, xüsusilə ağır cinayətlər isə 286 hal yəni 78.1 % olaraq qeydə alınıb.

2017-ci ildə qeydə alınan 80 xüsusilə ağır cinayət faktlarından, 21 hal cəbhə xəttində həyata keçirilən təxribat nəticəsində baş verən ölüm, 3 hal hərbi qulluqçular tərəfindən törədilən öldürmə, 53 hal təxribata cəhd nəticəsində, 1 hal xidmət yoldaşı tərəfindən öldürməyə cəhd, 1 hal külli miqdarda silah-sursat ələ keçirmə cəhdi olaraq qeydə alınıb.

Baş verən cinayət hallarının açılması 2016-cı ildə 98.2 % olubsa, 2017-ci ildə bu rəqəm 97.8 % təşkil edib.

Korrupsiya xüsusiyyətli cinayət hallarının aşkarlanması hiss olunacaq dərəcədə artıb. 2017-ci ildə bu cür 116 hal baş verib. 2016-cı ildə baş verənlərlə müqayisədə bu rəqəm 59 hal və ya 100% artıb.

36 cinayət işi üzrə 72 şəxs barədə toplanmş materiallar məhkəmələrə göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Cinayət   Korrupsiya  


Bizi "telegram"da izləyin