Raket-Artilleriya birləşmələri döyüş hazırlığına gətirildi - FOTOLAR+VİDEO

2018/02/5bf7292f68108771fec11b86d17db394_1517994829_1517996325.jpg
Oxunub: 3677     17:14     07 Fevral 2018    
Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 152 millimetrlik “DANA” özüyeriyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təlimlərdə praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib.


Artilleriya birləşməsi qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirməklə müəyyən edilmiş hədəfləri dərhal məhv edib. Təlimlərə cəlb edilən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təlim   Artilleriya  


Bizi "telegram"da izləyin