"Eurasianet": Qarabağda müharibə ilə bağlı böyük bədbinlik hökm sürür

2018/02/YKyNjz5345345_1517589823.jpg
Oxunub: 3434     00:39     03 Fevral 2018    
Aprel döyüşlərindən sonra işğal altında olan Qarabağda əhali arasında müharibə ilə bağlı pessimizm güclənib.

Ordu.az eurasianet.org saytına istinadən xəbər verir ki, hazırda Qarabağda yaşayan ermənilər arasında kənarda yaşayanlarla müqayisədə müharibə ilə bağlı daha böyük bədbinlik hökm sürür.

Ermənilərin əksəriyyəti Dağlıq Qarabağ münqişəsinə hərbi həll yolunu dəstəkləmir.

Daha bir önəmli fakt isə Ermənistanın Azərbaycana daha yaxın bölgələrində və işğal altında olan Qarabağda yaşayan əhali arasında emiqrasiya prosesinin daha böyük olmasıdır. Həmin insanlar Qarabağı tərk etməklə özlərinin yaşayış standartlarını inkişaf etdirəcəkləri ümidilə, yaxud ən azından riski azaltmaq üçün bölgəni tərk edir.

Lakin məcburi hərbi xidmətdən azad etmə olmadığına görə, bölgədən kişilərin çıxması adətən fərarilik kimi dəyərləndirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Aprel-müharibəsi  


Bizi "telegram"da izləyin