Qarabağdakı düşmən səngərlərində xəstələr xidmət edir - FOTO

2018/02/345234534_1517564610.jpg
Oxunub: 4227     18:09     02 Fevral 2018    
İşğal altında olan Qarabağda düşmənin daha bir xəstə hərbi qulluqçusu səngərdə xidmət edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 19 yaşlı hərbi qulluqçu Narek Sarkisyan müntəzəm olaraq "ketanol" dərmanı qəbul etməklə, səngərdə xidmət edir.

"İrəvan xəstəliyi" adlanan periodik xəstəlikdən əziyyət çəkən erməni əsgəri Narek Sarkisyan 31 iyul 2017-ci ildə işğal altında olan Qarabağın Ağdərə yaşayış məntəqəsindəki hərbi hissəyə göndərilib. Hərbi qulluqçu Narek Sarkisyanın atası erməni mətbuatına bildirib ki, oğlu uşaq vaxtından ağrı və xəstəlikdən əziyyət çəkib.

"Son zamanlar həkimlərdən biri "İrəvan xəstəliyi" diaqnozu qoyub. Daha sonra qərara alınıb ki, genetik analiz həyata keçirilsin. O, tibb müəssisələrindən birində stasionar müalicə olunub. Xəstəlik təsdiqlənməyərək, hərbi komissarlığın tibb komissiyasına tövsiyyə edilib. Ancaq hərbi komissarlıqda ciddi müayinə aparılmayıb", - deyə atası şikayətlənib.

Atasının sözlərinə görə, 6 aylıq xidməti ərzində onun oğlu 3 ay hərbi hospitalda müalicə olunub. O, oğlıunun hərbi hissəyə daxil olduqdan 15 gün sonra həkimə getdiyini, mühəndis işlərinə cəlb edilməsə də, digər əsgərlər kimi səngərdə xidmət etdiyini bildirib.

Son vaxtlar, kəskin sancıdan sonra əsgər yoldaşları təcili olaraq valideynlərinə zəng edib və onları hərbi hissəyə çağırıblar.

Valideynlər təcili Ağdərəyə gəlib və yaranmış vəziyyətlə bağlı qondarma qurumun hərbi birləşmə rəhbərliyinə müraciət ediblər. Ancaq “orduda xəstə əsgər yoxdur” cavabını alıblar. Məsləhət görüblər ki, belə hallar baş verərkən aktlaşdırsınlar.

Ağdərədəki qanunsuz hərbi hissənin tibb məntəqəsinin qadın əməkdaşı 4-cü tabor komandirinin iştirakı ilə gördüklərini belə izah edib: "O, mənim gözlərim qarşısında yıxıldı, yaxşı ki, başı pilləkənlərə dəymədi. Dilini udmuşdu, mən dilini dartıb çıxardım və apardım tibb məntəqəsinə, biraz özünə gəldi".

Məlumata görə, əsgərin özündən getmə halları aktlaşdırılsa da, hərbi həkim komissiyası bu sənədləri nəzərə almayıb.

Sarkisyan uzun müddət tibb məntəqəsində, hospitalda müalicə olunub. Onun xəstəliyini hərbi hissə komandiri Qriqoryan tərəfindən təsdiqlənən aktda da təsdiq edib.

Xankəndi hospitalında müalicədən sonra hərbi həkim komissiyası sağlam olduğuna dair rəy verib. Hərbi hissədə 3 şahidin imzası ilə tərtib edilən aktlara həkim komissiyası önəm verməyib. Sonuncu dəfə 2017-ci ilin dekabr ayında məzuniyyətdə olarkən yenə eyni hal baş verib. Nəticədə erməni əsgər hospitala təxliyyə edilib.

Lakin həkimlər, huşsuz olan erməni əsgərindən analiz götürülməsinə dair, atasının tələbini rədd ediblər. Ümumi analizlər edilsə də xəstəliyi təsdiq etməyiblər. Müalicə etmək əvəzinə onu 9 yanvar tarixində geri hərbi hissəyə Ağdərəyə göndəriblər.

Orduya çağırılmadan öncə müxtəlif tibb müəssisələrində müayinə olunsa da, yazılı sübut təqdim etməyiblər. Ermənistan müdafiə nazirliyinə etdiyi müraciətlər də cavabsız qalıb. Hazırda erməni əsgərin atası yenidən tibbi müayinə keçirilməsini tələb edir.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Xəstə   Erməni-ordusu  


Bizi "telegram"da izləyin