Ordu.az xəbər verir ki, işğal altında olan ərazilərimizdə yerləşdirilmiş düşmən ordusunun bölmələrindən birində bədbəxt hadisə nəticəsində bir erməni əsgərin xəsarət aldığı məlum olub.
Adı və soyadı məlum olmayan əsgərin öldüyü, yaxud sağ qaldığı barədə də hələlik heç bir rəsmi xəbər verilmir.
Sosial şəbəkələrdə məlumat paylaşan şəxsin bildirdiyinə görə, adı gizlədilən hərbi qulluqçu "KAMAZ" markalı avtomobilin altında qalıb və başı əzilib.
Hadisənin maşının nasazlığı səbəbindən baş verdiyi iddia olunur.
Ordu.az