Ordu.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Alfano qeyd edib ki, münaqişənin nizamlanması məsələsi Lavrovla bu gün baş tutan görüşdə müzakirə olunub və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu məsələdə mövqeyi vurğulanıb.
“Hesab edirəm ki, həmkarım Lavrovun bu istiqamətdə aktiv fəaliyyəti münaqişənin nizamlanması prosesini sürətləndirəcək. Minsk qrupuna bütün dəstəyimizi göstərəcəyik. Bununla belə hesab etmirik ki, bu, yeganə mümkün formatdır. Mövqeyimiz bizdən əvvəl ATƏT-ə sədrlik edən ölkənin siyasətini davam etdirməkdən ibarətdir. Hesab edirəm ki, bu, ədalətlidir", - deyə o qeyd edib.
Ordu.az