Ordu.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib. O, ATƏT-in Minsk qrupuna müraciət etməyi, onları bu yoldan çəkinməyə çağırmağı tövsiyə edib:
“Milli Məclis olaraq ATƏT-in Minsk qrupuna müraciət etməliyik, onları bu yoldan çəkinməyə çağırmalıyıq. Eyni zamanda ermənilərin törətdiyi vəhşilikləri bir daha onların diqqətinə çatdırmalıyıq”.
Deputat təklif edib ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına İşğal siyasəti haqqında qanun layihəsinin hazırlanması da daxil edilsin.
Ordu.az