Ermənistan ordusunun daha bir əsgəri hospitala düşüb

2018/02/345345345_1517476772.jpg
Oxunub: 2793     17:18     01 Fevral 2018    
Bu günlərdə Ermənistan ordusunda daha bir insident baş verib.

Ordu.az xəbər verir ki, işğal altında olan ərazilərimizdə yerləşən düşmən ordusunun bölmələrindən birində xidmət edən əsgər Levon Tağmasyan adlı əsgər xəsarət aldığı üçün hərbi hospitala yerləşdirilib.

Hadisə barədə açıqlama verilməsədə faktı araşdırmaq üçün Arman Yeqiryan adlı hüquqşünasın hərbi hissəyə gəldiyi məlum olub. Komandanlıq baş vermiş hadisəni gizlətməyə çalışsada gənc əsgər L.Tağmasyanın sol ayağından ağır zədə aldığı və müalicəyə göndərildiyi bildirilir.

Hərbi hissədə insidentin təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verdiyi iddia edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qarabağ   Yaralı  


Bizi "telegram"da izləyin