Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emanuel Makron Fransanın erməni təşkilatlarının Əlaqələndirmə Şurasının təşkil etdiyi ənənəvi şam yeməyindəki çıxışı zamanı deyib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Fransa tərəfləri dinləyərək, irəliləməyə davam edəcək. Çıxışında “erməni soyqırımı” və Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Makron bildirib ki, Fransa kompromis tərəfdarıdır və “status-kvo” problemin həlli deyil.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə dəvət olunan Makron bir gün bu səfəri gerçəkləşdirəcəyini və həmin gün münaqişənin həll olunduğunu söyləyəcəyinə ümidvar olduğunu bildirib: "İnanıram ki, bir gün sizin yanınıza qayıdaraq, biz bu münaqişəni həll etdik, deyəcəm".
Alpər Mövludoğlu
Ordu.az