Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə xəstəxanada olan, yaralı erməni əsgərin atası Samvel Bağikyan bildirib.
“Əmim oğlu ilə danışarkən müstəntiq deyib ki, işi bağlamaq istəyirlər, amma mən işi bağlamağa qoymaram”, - deyə yaralı əsgərin atası etiraz edib.
O qeyd edib ki, hazırda cinayət işinin araşdırılmasının nə yerdə olduğunu bilmək üçün Qarabağa getməyə hazırlaşırlar, ancaq maddi baxımdan Qarabağa getmək onlar üçün asan deyil. Onlar əsasən xeyriyyəçilərin ianəsi, oğlunun təqaüdü və borclar hesabına yaşayır, müalicə xərclərini ödəyə bilirlər.
Daha öncə məlumat verdiyimiz kimi, Davitin valideynlərinin pulla yardım edilməsinə dair müraciətini Ermənistan Müdafiə Nazirliyi rədd edib.
Xatırladaq ki, rəsmi məlumata görə Sünik vilayətinin (Zəngəzur-red.) Anqeğakot kənd sakini 20 yaşlı Davit Bağikyan 8 ay xidmət etdikdən sonra hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində açıq kəllə beyin travması alıb. Yaralanmış Davit Bağikyan valideynlərinə deyib ki, hərbi hissəyə su daşıyan avtomobilin sürücüsü, müqaviləli hərbi qulluqçu maşını geri verərkən, su çəni ilə maşın arasında qalaraq başından ağır xəsarət alıb.
Cinayət işi hazırda ilkin araşdırma mərhələsindədir. Hadisə zamanı Davit zərərəçəkən kimi tanınsa da, günahkar barədə heç bir məlumat yoxdur.
Cinayət işinin araşdırılması ilə məşğul olan müstəntiq Sergey Yeğayan bu barədə hər hansı məlumat verməkdən imtina edib. Müstəntiq cinayət işinin raşdırılmasının yekunlaşmadığına görə, işə xitam verilməsi ilə bağlı deyilənləri təkzib edib.
Qeyd edək ki, 5 ay komada qalan erməni əsgəri ayılsa belə, vəziyyəti ağır olaraq qalır. Atası deyir ki, hadisəyə səbəbkar olan müqaviləli hərbi qulluqçu heç bir dəfə də gəlib əsgərin vəziyyəti ilə maraqlanmayıb. O bildirib ki, təqsirkarı müalicəyə kömək etməsi üçün dəvət etsə də, hadisəni törədən sürücü qorxduğunu və gəlməyəcəyini bildirib. Heç bir şikayət etməsə belə, bundan sonra etməli olacağını və işin xitam verilməsinə imkan verməyəcəyini deyib. 2 dəfə komandiri Erik Mkrtumyan Bağikyanın yanına gəlib, vəd etsə də, heç bir yardım etməyib.
Yaralı erməni əsgərin validyenləri boşanıblar. Erməni əsgərin anası, indiyədək səbr etdiklərini, lakin bundan sonra şikayət edəcəklərini bildirib. O, cinayət işinin araşdırılması gedişatından da narazılıq ifadə edib. Əsgərin valideynləri, yaxınlarda Qarabağa gedərək, cinayət işinin bağlanmamasını tələb edəcəklərini bildiriblər.
Alpər Mövludoğlu
Ordu.az