Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Magna”nın avtomobillər üçün inkişaf etdirdiyi yeni İCON radar texnologiyası hərbi radarlarda yeni səhifədir.
Avtomobilin üzərində quraşdırıla bilən yeni radarın daha böyük ayırdetmə qabiliyyəti var. Xüsusilə ICON radarı siqnalı 300 metrdən daha uzağa göndərə bilir. Radar proqram tərəfindən 192 virtual alıcıya bölünən silikon reseptor diskində siqnallar alır. Bütün bunlar daha sürətli işləyən, hərəkətləri daha yaxşı izləyən və daha böyük əhatə dairəsi olan radar ortaya çıxarır.
Sevinc Əliyeva
Ordu.az