Ordu.az Dailytechinfo.org saytına istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Tengoen Technology” şirkəti yeni PUA-nın artıq bəzi xüsusiyyətlərini açıqlayıb. Onun qanadlarının birlikdə uzunluğunun 42 metr olacağı məlum olub. Lakin ən önəmli nüans PUA-nın 20 ton yük daşıya bilməsi və bunu 7500 kilometr məsafədə icra etməyə qadir olmasıdır.
Ekspertlərin fikrincə, orta ölçülü yük gəmisi qədər çəki qaldırmağa qadir olacaq bu PUA-a həm ordu, həm də sənayedə böyük bir inqilab edəcək.
PUA-nın 2020-ci ildən gec olmayaraq istifadəyə veriləcəyi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az