Ordu.az xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən Cənubi Koreya nümayəndəsinə istinadən “Yonhap” agentliyi məlumat yayıb.
“Yonhap”ın məlumatına görə, Cənubi Koreya ordusu Sarı dənizdən keçən rabitə xəttini artıq sınaqdan keçirib.
“Bizim tərəfdən yerli saatla 14:00 radələrində əlaqənin qurulduğu təsdiq edilib. Artıq Cənubi və Şimali Koreya hərbi orqanları arasında telefon danışığı etmək mümkündür. Biz xəttin istifadəsinə sabah səhər 8:00-dan etibarən başlamağa qərar vermişik”, - deyə Cənubi Koreya ordusundan bildirilib.
Lakin onlar əlavə edib ki, hələ də bəzi texniki problemlər qalmaqdadır.
Rabitə xətti əvvəllər Seul tərəfindən Pxenyanı sərhədin şimalındakı “Kaesong” Sənaye Kompleksinə gedib-gələn Cənubi Koreyalılar haqda məlumatlandırmaq üçün istifadə olunub. Lakin xətt 2016-cı ilin fevralında ABŞ-la Cənubi Koreyanın birgə təlimlərinə etiraz əlaməti olaraq KXDR tərəfindən bağlanıb.
Ağalar Ağalarlı
Ordu.az