Suriya ordusu daha 3 məntəqəni “Ən-Nusra”dan azad etdi

2018/01/Без-названия345345_1515500578.jpg
Oxunub: 3535     20:21     09 Yanvar 2018    
“Ən-Nusra” mövqelərinə hücumlarını davam etdirən Suriya Silahlı Qüvvələri terrorçuları İdlibin cənub-şərqindən geri çəkilməyə məcbur edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya qoşunları terrorçuların İdlibin cənub-şərqindəki mövqelərə ağır zərbələr endirərək bir sıra əraziləri azad edib.

Azad edilən ərazilər Əbu Taxtiyə, Şərara əl-Əcaz və Həva kəndləridir. Terrorçular ərazidən çəkildikdən sonra ordunun mühəndis dəstələri ərazini minalardan və partlayıcı qurğulardan təmizləməyə başlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-ordusu   Terror   İdlib  


Bizi "telegram"da izləyin